YENİ DÜNYA FORMATINA DOĞRUDünən, 23:08
Çap et Böyük maliyyə qurumları Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa yenidənqurma və inkişaf Bankı, Asiya İnkişaf Bankı və sairə tərəfindən zəif inkişaf emiş ölkələrdə istehsal vasitələri istehsalı mövcud şərait, xammal ehtiyatları, coğrafi mövqe, işçi qüvvəsi, iqlim qurşağı region dövlətləri nəzərə alınmaqla davamlı inkişafın təmin olunması üçün layihələrin hazırlanması və planlı şəkildə həyata keçirilməsi eyni zamanda qarşılıqlı etimad mühitinin formalaşmasını təmin etmiş olar. Əlaqələndirici, koordinasiyaedici qurum kimi BMT-nin YUNESKO şöbəsi II-li standartları bir kənara qoyub zəif inkişaf etmiş ölkələrdə kadr potensialını təmin etmək üçün dünyanın ayrı-ayrı sahələr üzrə aparıcı universitetlərində təhsili, həmçinin mövcud kadrların aparıcı mərkəzlərdə istehsalat təcrubəsi keçməsini planlaşdırıb təmin etməlidir. Qeyd etmək lazımdır ki, bu beynəlxalq qurumun fəaliyyətində II standartlar mövcuddur. Azərbaycan dövləti tərəfindən rəsmi müraciətlərə baxmayaraq Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində 30 ilə yaxın müddət ərzində bir dəfə də olsun 68 məscidin həmçinin mədəniyyət abidələrinin dağıdılması faktı üzrə monitorinq aparmamışdır. Buna cavab olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqlı olaraq YUNESKO-nun Xoşməramlı səfiri vəzifəsindən istefa vermişdir. Tarix boyu ərazi iddiaları qarşıdurma, münaqişə, müharibələrin əsas səbəblərindən biri olmuşdur. Müasir dövrdə də bu iddialar mövcuddur. Rusiya ilə Yaponiya arasında, Çinlə Tayvan arasında, Rusiya ilə Gürcüstan arasında, Rusiya ilə Moldova Respublikası arasında, Pakistanla Hindistan arasında, İsraillə Fələstin arasında, Şimali və Cənubi Koreya arasında və sairə Yeni dünya formatında ərazi iddiası şərti xarakter alır. Yeni dünya formatına doğru yolda ən mühüm maneələrdən birincisi milli, etnik, dini ayrı seçkiliyin olmasıdır. Dünyanın hər bir məkanında bu və ya digər dərəcədə bu antihumanist problemlə rastlaşırıq. Bu köhnə problemin müasir həlli multikulturalizmdən keçir. Multikulturalizmə alternativ qarşıdurma, münaqişə, müharibədir. Multikulturalizm hər bir dövlətin daxili və xarici siyasətində qırmızı xətti təşkil etməlidir. Xüsusən daxili siyasət önəmlidir. Necə deyərlər hər dövlət özündən başlamalıdır. Müasir dövrdə tək-tək dövlətlər istisna olmaqla yerdə qalanlar çox millətli və çox konfensiyalıdır. Etnik qruplar, milli azlıqlar həssas münasibət tələb edir. Milli mədəniyyətlərin qoruyub saxlanılması və inkişaf etdirilməsini dövlət təmin edir. Milli, etnik, dini tolerantlığın təmin olunması həm qanunlar, həm də adət-ənənələrlə təsbit olunub obyektiv reallığa çevrilir. Milli, etnik, dini tolerantlıq eyni zamanda dəyər formalarından biri kimi qiymətlədirilməlidir. Fərəh hissi ilə qeyd edirəm ki, Azərbaycan Multikulturalizmi Avropanın aparıcı universitetlərində tədris olunmalıdır. Ardı var ![]() Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon, Karrar Ailə-Sağlamlıq Mərkəzinin Bölmə müdiri, 22 avqust 2026 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
