Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gürcüstanda səfərdə olub2-03-2018, 11:22
Çap et Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən xezerxeber.az-a bildirilib ki, Gürcüstanın Milli Qida Agentliyinin fəaliyyəti ilə yaxından tanış olan AQTA əməkdaşları səfər çərçivəsində Tbilisidə yerləşən mərkəzi ofis və Şida-Kartli regionunda olublar. AQTA-nın nümayəndə heyəti burada ət kəsimi yerləri, qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, ticarət və ictimai iaşə obyektlərinin sanitar-gigiyenik şəraiti haqqında ətraflı müzakirələr aparıb. Nümayəndə heyəti dörd günlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə də tanış olub. Səfər çərçivəsində baytarlıq və fitosanitar sahədə həyata keçirilən dövlət nəzarəti ilə də tanış olan agentliyin əməkdaşları, Gürcüstanda bu sahədə aparılan islahatlar barədə məlumat alıb. Qeyd edək ki, Gürcüstan Milli Qida Agentliyi 2006-cı ildə yaradılıb, 2011-ci ildə isə fəaliyyətə başlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
