Gürcüstanda şərab həftəsi30-09-2016, 09:44
Çap et Tədbirlər oktyabrın 2-dək davam edəcək. Marneulidəki Mədəniyyət Evi qarşısında başlayan şərab dequstasiya sərgiləri tədbir iştirakçıları üçün daha maraqlı olub. Festival çərçivəsində müxtəlif kənd təsərrüfatı məhsullarının sərgisi keçirilib. Festival çərçivəsində şərab içmə yarışı da planlaşdırılıb. Həftənin sonunda yarışda qalib çıxan iştirakçıya Gürcü Şərabı Ordeni veriləcək. Festival çərçivəsində müxtəlif layihələrin təqdimatı, şərab turları, film nümayişi və digər tədbirlər nəzərdə tutulub. Gürcüstanın Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili APA-ya açıqlamasında Marneulidə keçirilən şərab həftəsi festivalının region üçün vacib bir tədbir olduğunu bildirib: “Mən bu gün Marneulidə keçirilən tədbiri yüksək qiymətləndirirəm. Marneuli ərazisində, azərbaycanlıların kompakt yaşadığı İmir kəndində 8 min il tarixi olan üzüm gilələri tapılıb. Hazırda bölgədə arxeoloji qazıntılar aparılır, turizm potensialı inkişaf edir. Biz artıq bu tədbiri ənənəvi olaraq, yalnız Marneulidə deyil, bütün Kvemo Kartli bölgəsində keçirəcəyik”, - deyə nazir bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
