Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdırBu gün, 14:47
Çap et Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Bakıda keçirilən Avropa çempionatında Rumıniya yığmasına 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. Təcrübəli voleybolçu qarşılaşmanın çox ağır və gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb: “Rəqib bizə qarşı həqiqətən çox yaxşı hazırlaşmışdı, biz də eyni şəkildə. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Matç boyunca müəyyən eniş-yoxuşlar, gərgin anlar yaşansa da, öz işimizin öhdəsindən gəldik”. O, növbəti mərhələyə vəsiqəni təmin etmələrinə baxmayaraq, qarşıdakı oyunlara da ciddi yanaşacaqlarını bildirib: “Artıq növbəti mərhələyə vəsəqəni təmin etmişik. Lakin bunun bir önəmi yoxdur. Qarşıda daha iki oyunumuz var və məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır”. Qeyd edək ki, xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir. Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Milli komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
