ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi16-07-2021, 06:01
Çap et TASS-a istinadən xəbər veririk ki, bunu ABŞ-ın Müdafiə Nazirliyi təsdiqləyib. "Xarici hərbi təlimlərə dair məlumat bazalarımızın araşdırılması göstərir ki, mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər", - Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi araşdırmaları davam etdirir. Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətllə əlaqədar 18 kolumbiyalı və iki haitili məşəli amerikalı olmaqla 23 nəfər həbs edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
