YENİ DÜNYA FORMATINA DOĞRUBu gün, 13:21
Çap et Müasirlik stimullaşdırıcı rol oynayan önəmli faktorlardan biridir. Müasirlik geniş anlamda zamanın hal-hazırkı çağırışlarına tam cavab vermək iqtidarı, eyni zamanda daha yaxşı gələcəyi qurmaq elementlərini özündə cəmləşdirmək bacarığıdır. Müasirlik şərəfli, şöhrətli bir keyfiyyət halıdır. Bütün dövrlər üçün zamanın I çağırışı sülhdür. Müasir dövrdə sülh hər zaman olduğundan daha çox aktuallıq kəsb edir. 24 fevral 2022-ci ildə başlamış Rusiya-Ukraina müharibəsinin sonu görünmür. Əksinə hər 2 tərəf ətrafında koalisiya yaranmaqdadır. 7 oktyabr 2024-cü ildə yenidən başlanmış İsrail-Fələstin münaqişəsi artıq Yaxın Şərqin digər ölkələri Suriya, Livan, Yəmənə yayılmaq üzrədir. ABŞ-İran müharibəsi mərhələli şəkildə davam edir. Avropa dövlətlərində xüsusilə Almaniya və Polşada sürətlə silahlanma davam edir. Rusiya-Ukraina müharibəsinin Avropaya doğru yayılma ehtimalı mövcuddur. Türkiyədə respublikasının banisi Mustafa Kamal Atatürkün təbirincə desək “yurdda sülh, cahanda sülh” dövlət siyasətinin ana xəttini təşkil etməlidir. Zamanın II çağırışı inkişafa, tərəqqiyə olan çağırışdır. Bunun iqtisadi əsası IV sənaye inqilabının mövcudluğudur. Tək əldən səs çıxmaz. Güc birlikdədir. Belə olduqda inteqrativ proseslər inkişafı, tərəqqini təmin edən vasitə kimi önə çıxır. Zamanın III çağırışı iqlim dəyişikliyi ilə mübarizəyə olan çağırışdır. Qrenlandiyada yaşı milyonlarla il olan buzlaqların əriməsi, İspaniya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə. ABŞ, Avstraliya, Portuqaliya və sairə bürümüş meşə yanğınları, Avropada anomal istilərin olması, Rusiya, Hindistan, Çində sel basmaları, Yaponiya, İndoneziya, Ekvador, Türkiyədə zəlzələlərin olması, Urmiya, Aral göllərinin quruması, dünyanın ən böyük gölü olan Xəzər dənizinin səviyyəsinin enməsi, həmçinin Xəzər suitilərinin kütləvi məhvi, okeanlarda balinaların sahilə çıxmaları ekoloji böhranın artıq qapımızı döydüyünü göstərir. İqlim dəyişikliyi və onunla mübarizə qlobal problem olduğundan sistemli yanaşma, səylərin birləşdirilməsini, inteqrasiyanı zərurətə çevirir. İqlim dəyişikliyiilə mübarizə ətraf mühitin mühafizəsindən keçir. Ətraf mühitdə gedən ekoloji dəyişikliklər iqlim dəyişikliyini şərtləndirir. Müasirlik eyni zamanda müasir düşüncə tərzinə malik olmaq deməkdir. Müasir düşüncə tərzi keçmişdəki umu-küsüləri, neqativləri bir kənara qoyub obyektiv reallığı düzgün əks etdirmək üçün zamanın çağırışlarına uyğun formalaşmalıdır. Bu cəhətdən Azərbaycan respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasəti təqdirə layiq olub nümunə göstərilə bilər. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan respulikası ilə 44 günlük Vətən müharibəsində sülh müqaviləsi imalanmasına baxmayaraq kommunikasiyaların açılması üçün niyyət protokolu – Zəngəzur dəhlizinin açılması 8 avqust 2025-ci ildə Ağ evdə imzalanmış, həmçinin zəruri yüklərin Azərbaycandan və digər qonşu dövlətlərdən Ermənistan tranziti üçün Azərbaycan ərazisi açıq elan edilmişdir. Müasir dövlət idarəetmə formasından asılı olmayaraq dövlətin itnkişafında yeni bir mərhələdir. Müasir dövlət inkişafın labüd nəticəsi kimi meydana çıxır. Müasir dövlət yeni dünya formatının əhəmiyyətli subyektidir. Ardı var ![]() Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon Karrar kənd Ailə-Sağlamlıq Mərkəzinin Bölmə müdiri 29 avqust 2026-cı il Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
