Heqiqet.Az » siyaset » QLOBAL SÜLHƏ GEDƏN YOLDA MANEƏLƏR


QLOBAL SÜLHƏ GEDƏN YOLDA MANEƏLƏR

5-03-2026, 11:05
Çap et
Bir anlıq təsəvvür edək ki, yer kürəsində insanlar yoxdur. Onda nə baş verər. Cəngəlliklər, keçilməz meşəliklər, aləmi bürümüş vəhşi heyvanların dominantlığı, bir sözlə gücün diktaturası, yəni əzələ gücünə əsaslanan “kim güclüdür o, haqlıdır” prinsipi bərqərar olar. İnsanlığın missiyası bu prinsipi dəyişmək, zəkanın gücünə əsaslanan “kim haqlıdır, ədalətlidir, qanunidir o güclüdür” prinsipinin həyata keçirilməsinə nail olmaqdır. Digər tərəfdən indiki şəhərlərdən, kəndlərdən, yollardan,körpülərdən, parklardan, xiyabanlardan əsər-əlamət olmazdı. Canlı təbiətdə yaradıcı təxayül yalnız insanlara məxsus olduğundan dağıtmaq, xarabazara çevirmək yox, qurmaq, yaratmaq, mövcud olanları qoruyub saxlamaq, yeni, daha mütərəqqi olanların əldə edilməsi insanlığın növbəti missiyasıdır. İnsanlar yemək üçün yaşamamalı, yaşamaq üçün yeməlidir. Acgözlülük, hərislik, pul düqkünlüyü, zinət, ləl-cəvahirat xəstəliyinə tutulan mənəviyyat pozulmaları həmçinin yemək üçün yaşayanlar qrupuna aiddir. Belələri üçün həyatın mənası yeyib-içməkdə, eyş-işrətdədir.
XXI əsrin I yarısındə beynəlxalq aləmdə gərginliyin kritik səviyyəyə yaxın olması müşahidə olunmaqdadır. Səbəb Birləşmiş Millətlər Təşkilatınınbeynəlxalq sülhü təmin edən Təhlükəsizlik Şurasının “təhlükəli üzvlərinin” yeni dünya düzəni adı altında beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan mövcud sərhədlərin güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyünü kobud surətdə pozmasıdır.
İlk öncə Rusiya Federasiyasının Ukrainanın Avropa İttifaqına və NATO hərbi blokuna daxil olmaq istəməsi bəhanəsi ilə, əslində 30 ildən artıq keçməsinə baxmayaraq keçmiş SSRİ-ni bərpa etmək məqsədi ilə bu yolda ən böyük maneə olan Ukrainaya 24 fevral 2022-ci ildə hücum etmiş və “Ukraina bataqlığına” düşmüşdür. Belə görünür ki, hələ uzun müddət, gücü tükənənə qədər bu bataqlıqda qalacaqdır. Çünki diplomatik danışıqlarda işğal etdiyi ərazilərdən geri çəkilmək fikrində olmadığını bəyan edir. Rusiya-Ukraina müharibəsi fonunda Avropa dövlətlərində sürətlə silahlanma həyata keçirilir. Bir sözlə dünya üzərində bir müharibə kabusu dolanmaqdadır. Bunu diktə edən tərəflərdən biri də ABŞ-İsrail tandemidir. Fələstin, Livan, İraq, Suriya, İran “obyektivdə” olan ölkələrdir. 60 mindən artıq insan ölümünə səbəb olmuş, şəhərləri xarabazara çevrilmiş Qəzza faciəsi göz önündədir. ABŞ-İsrail cütlüyü İrana qarşı 13-24 iyun 2025-ci il 12 günlük müharibədən nəticə çıqarmayaraq 28 fevral 2026-cı ildə tarixdə yenidən müharibə elan etmişdir. İlk 3 gün ərzində 555 nəfər qətlə yetirilmişdir. Bunlardan 140 nəfəri qızlar məktəbinin şagirdəridir. Ali dini rəhbər Əli Xomenei, onunla yanaşı 28 dövlət və hərbi ali vəzifəli şəxslər məhv edilmişdir. İrana qarşı hərbi müdaxilə beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. Şərq sivilizasiyasının daşıyıcısı, müsəlman ölkəsi olman etibarı ilə İran qətiyyətlə müdafiə olunacaq, sonunda haqq-ədalət zəfər çalacaqdır.
ABŞ-İsrail cütlüyünün hərbi müdaxiləsi həmçinin reginar hərbi ekskalasiyaya şərait yaratmışdır.
Beynəlxalq aləmdə gərginliyin artmasına əsas səbəblərindən biri və demək olar ki, birincisi milli maraqların toqquşmasıdır. Məlum olduğu kimi maraqlar şəxsi,korporativ, milli və ümumbəşəri olmaqla bölünür.
Belə ki, milli maraqlar ümumbəşəri maraqlara zidd ola bilməz. Məsələn, bəyan olunduğuna görə Qrunlandiya ABŞ-ın strateji cəhətdən milli marağındadır. Amma bu ərazi Danimarkaya məxsusdur. Ümumbəşəri maraq nöqteyi nəzərindən bu ərazi ABŞ-ın ola bilməz. Beynəlxalq gərginliyin azaldılması üçün “milli maraqların” tərbiyəsinə böyük ehtiyac vardır.
Təəssüflə qeyd edirik ki, “yeni dünya düzəni” adı altında gedən proseslər III dünya müharibəsinə doğru aparır.

QLOBAL SÜLHƏ GEDƏN YOLDA MANEƏLƏR

Məsum Kamal oğlu Əliyev,
Kürdəmir rayon Karrar ailə-sağlamlıq mərkəzinin bölmə müdiri
03 mart 2026-cı il
Reytinq: