Damət Salmanoğlu - ürəyi-qəlbi işıqlı insanBu gün, 12:06
Çap et Heç şübhəsiz, istedadına da, insanlığına da heyran qaldığımız, şəxsiyyətinə dərindən hörmət etdiyimiz şair Damət Salmanoğlu da ruhumuzu insanlıq işıqları ilə dolduran əsl insandır. Nə vaxt qarşılaşmışıqsa, çöhrəsində isti-ilıq, xoş təbəssüm görmüşük. Bu, onun daxili dünyasından gələn həyat qaynaqlarıdır. Biz Damət Salmanoğlu haqqında həmişə xoş sözlər eşitmişik. Yeddidən yetmişə hər kəs onun yaxşılıq etməkdən yorulmamasını, təmənnasız xidmətlər göstərməsini, hətta əlindən gələni əsirgəməməsini xüsusi vurğulayıb, bunun da hamıya xas olmadığını deyib. Bu kimi yaxşılıqlar əlbəttə, Damət müəllim kimi fərqli, bir qism insana məxsusdur; belə deyək, Allah bu lütfü insan saydıqlarına verir... Səmimi deyək ki, insanlıq Damət Salmanoğlunun həyat kredosudur; tanıdı, tanımadı, hər kəsi xoş çöhrə ilə qarşılayır, heç kimi pərişan etmir, ünvanına müraciət edənlərin gözlərində həyat işığı olur. Bu da ona dəlalət edir ki, Damət müəllim sözün əsl mənasında insandır... Kimdənsə xoş çöhrəni, bir kəlmə xoş sözü əsirgəməmək insanın insana sevgisidir və bu, bütövlükdə bir Allah lütfüdür. Belə bir lütfü Allahdan ənam olaraq aldığı üçün bizim Damət müəllim xoşbəxtdir. Damət Salmanoğlu çox bacarıqlı insan, fərqli təşkilatçı, ən əsası, istedadlı şairdir. Onunla hətta uzaqdan uzağa doğma olmağın öz fərqli təsirləri var. O, hər gün ən azı bir neçə dəfə yaxşılıq etdiyi insanlar tərəfindən xatırlanır, hər kəs ona ləyaqətinə, insana sevgisinə görə xüsusi minnətdarlıq edir. O, səmimi dost, mehriban tərəfdaşdır. Damət Salmanoğlunun insan çöhrəsi öz rəngindədir, o çöhrədə başqa sifət və ya surət görünməz. Onun çöhrəsində təbəssüm işıqlarına batmış baxışlar da insanlara sevgi rəngindədir. Çünki onun ürəyində də, düşüncəsində də məhz bu görkəm var. Damət Salmanoğlunun çöhrəsində görünən kübarlıq, həlimlik bəlli ki, gendən gəlir. O, ali keyfiyyətlər arzusu ilə yaşayan insan olmayıb, zatının-geninin təmiz olması səbəbindən Allah ona büllur-pak qəlb aynası verib. Damət Salmanoğlu həyatı dərk edən şairdir. Onun şeirlərində hər şey ölçülü-biçilidir. Fikirlər o qədər təmiz və aydındır ki, əlavə şərhə ehtiyac duyulmur. Məsələn: Gəl silək hicranın göz yaşlarını, Unudaq həyatın kədər-qəmini. Sevgi dənizində batıraq, gülüm, Yelkəni dərd olan nəhəng gəmini. Və ya: Bir söylə, sən niyə beləsən axı? Tez küsüb-inciyən, bir az da çılğın. Gah gülür gözlərin sevinc içində, Gah da fikirlisən, kədərli, dalğın. Bu şeir parçalarında xalq yazı dili təcəssüm edir. Fikirlər fəlsəfi də olsa, oxucu onları anlamaqda heç bir çətinlik çəkmir. Əlbəttə, ürəyi-qəlbi təmiz insan bir-birindən gözəl, oxunaqlı şeirlər də yazmalıdır. Bizim Damət Salmanoğlu kimi. Sizə Allahdan can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik, Damət müəllim! Hörmətlə: İlkin Əzizxanoğlu, jurnalist-publisist Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
