Bakıda qadın özünü metro qatarının altına atdı
9-02-2022, 05:18. Разместил: heqiqet
Hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib.
Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın qatar yoluna düşüb.
Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti bərpa edilib.
İlkin ehtimalla qadının intihara cəhd etdiyi bildirilir.
Faktı Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. O bildirib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Вернуться назад