Bakıda qadın özünü metro qatarının altına atdı9-02-2022, 05:18
Çap et Hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib. Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın qatar yoluna düşüb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti bərpa edilib. İlkin ehtimalla qadının intihara cəhd etdiyi bildirilir. Faktı Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. O bildirib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
