DataLife Engine > hadise > Baş həkimin müavini: Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır

Baş həkimin müavini: Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır


18-09-2015, 11:31. Разместил: heqiqet Baş həkimin müavini: Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır Bakı-Sumqayıt yolunda dünən mikroavtobusun maneyəyə çırpılması nəticəsində baş verən qəza nəticəsində yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev bildirib ki, dünən ümumilikdə xəstəxanaya 10 yaralı daxil olub. Onların 1-i Bakıya - Kliniki Tibbi Mərkəzə göndərilib, 1 nəfər qadın isə dünyasını dəyişib.
E.Quliyev deyib ki, xəstələrdən birinin - ayağı ambutasiya olunmuş qadının vəziyyəti ağır olaraq qalır: "Qalan xəstələrin vəziyyəti isə stabil ağır qiymətləndirilir. Hazırda yaralılardan ikisinin ayağı ambutasiya olunub, 3 yaralının aşağı ətraflarında sınıqlar var, qalan xəstələr isə kəllə-beyin travması alıblar".
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında 3 nəfər ölüb, 3 yaralı xəstəxanaya daxil olarkən onların bir və ya iki ayağı ambutasiya olunmuş vəziyyətdə olub.
Вернуться назад