Baş həkimin müavini: Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır18-09-2015, 11:31
Çap et Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev bildirib ki, dünən ümumilikdə xəstəxanaya 10 yaralı daxil olub. Onların 1-i Bakıya - Kliniki Tibbi Mərkəzə göndərilib, 1 nəfər qadın isə dünyasını dəyişib. E.Quliyev deyib ki, xəstələrdən birinin - ayağı ambutasiya olunmuş qadının vəziyyəti ağır olaraq qalır: "Qalan xəstələrin vəziyyəti isə stabil ağır qiymətləndirilir. Hazırda yaralılardan ikisinin ayağı ambutasiya olunub, 3 yaralının aşağı ətraflarında sınıqlar var, qalan xəstələr isə kəllə-beyin travması alıblar". Qeyd edək ki, Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında 3 nəfər ölüb, 3 yaralı xəstəxanaya daxil olarkən onların bir və ya iki ayağı ambutasiya olunmuş vəziyyətdə olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
