İrandan narkotik keçirməyə çalışan şəxslər saxlanılıb
6-09-2022, 07:38. Разместил: heqiqet
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 2 (iki) nəfərə məxsus ayaq izləri aşkarlanmış, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılmışdır.
Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş 2 (iki) ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və 710 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülmüşdür.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri 1992-ci il təvəllüdlü Məmişov Elmir Simran oğlu və 1980-ci il təvəllüdlü Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılmışlar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Вернуться назад