İrandan narkotik keçirməyə çalışan şəxslər saxlanılıb6-09-2022, 07:38
Çap et Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 2 (iki) nəfərə məxsus ayaq izləri aşkarlanmış, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılmışdır. Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş 2 (iki) ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və 710 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülmüşdür. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri 1992-ci il təvəllüdlü Məmişov Elmir Simran oğlu və 1980-ci il təvəllüdlü Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılmışlar. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
