Siyəzəndə torpaq sürüşməsi olub, iki ailə köçürülüb
5-05-2023, 11:46. Разместил: heqiqet
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sürüşmə Siyəzən rayonunun Sədan kəndində baş verib.
Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri yaşayış üçün yararsız vəziyyətə düşüb.
FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.
Вернуться назад