DataLife Engine > iqtisadiyyat > Füzuli su anbarlarında təmir-bərpa işlərinin yekunlaşacağı vaxt açıqlandı

Füzuli su anbarlarında təmir-bərpa işlərinin yekunlaşacağı vaxt açıqlandı


22-06-2023, 13:42. Разместил: heqiqet Füzulidə su anbarlarında təmir-bərpa işlərinin bu il yekunlaşacağı planlaşdırılır.
Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Riad Axundzadə deyib.
O bildirib ki, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının layihə üzrə ümumi həcmi 15,5 milyon kubmetrdir. R.Axundzadənin sözlərinə görə, su anbarlarının təmir-bərpası nəticəsində Füzuli rayonunun 6,2 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılması nəzərdə tutulub.
"Su anbarının təmir-bərpası işlərinə 2022-ci ilin noyabrında başlanılıb və görülən işlərin bu ilin noyabrında yekunlaşdırılması nəzərdə tutulur. Hazırda podratçı şirkət tərəfindən işlər 62% yerinə yetirilib", - deyə o qeyd edib.
Qeyd edək ki, Köndələnçay-1 su anbarının tutumu 3,9 mln kbm, Köndələnçay-2 su anbarının tutumu 2,1 mln kbm, Aşağı Köndələnçay su anbarınln tutumu isə 9,5 mln kbm-dir.
Вернуться назад