Füzuli su anbarlarında təmir-bərpa işlərinin yekunlaşacağı vaxt açıqlandı22-06-2023, 13:42
Çap et Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Riad Axundzadə deyib. O bildirib ki, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının layihə üzrə ümumi həcmi 15,5 milyon kubmetrdir. R.Axundzadənin sözlərinə görə, su anbarlarının təmir-bərpası nəticəsində Füzuli rayonunun 6,2 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılması nəzərdə tutulub. "Su anbarının təmir-bərpası işlərinə 2022-ci ilin noyabrında başlanılıb və görülən işlərin bu ilin noyabrında yekunlaşdırılması nəzərdə tutulur. Hazırda podratçı şirkət tərəfindən işlər 62% yerinə yetirilib", - deyə o qeyd edib. Qeyd edək ki, Köndələnçay-1 su anbarının tutumu 3,9 mln kbm, Köndələnçay-2 su anbarının tutumu 2,1 mln kbm, Aşağı Köndələnçay su anbarınln tutumu isə 9,5 mln kbm-dir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
