Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcəkBu gün, 20:20
Çap et Bu məsələ Milli Məclisin iyunun 12-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Qanuna edilən dəyişikliklərin əsas məqsədi əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş kənd təsərrüfatı torpaqlarında istehsala mane olan yaşıllıqların (ağac, kol və digər bitkilərin kökündən çıxarılması və ya kəsilməsi) götürülməsinin hüquqi əsaslarını və mexanizmini formalaşdırmaqdır. Layihə bu cür maneələrin aradan qaldırılmasını qanunla icazə verilən hallar sırasına daxil edir və xüsusilə kolların kəsilməsi üçün sadələşdirilmiş prosedur tətbiqini nəzərdə tutur. Sənəd əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliliyinin artırılmasına və istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək. Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün olduHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
