Heqiqet.Az » dunya » Rusiyanın Nijeqorod vilayətində PUA hücumu zamanı iki nəfər ölüb


Rusiyanın Nijeqorod vilayətində PUA hücumu zamanı iki nəfər ölüb

Bu gün, 11:54
Çap et
Rusiyanın Nijeqorod vilayətində dron hücumu nəticəsində iki nəfər həlak olub, daha iki sakin yaralanıb.

Bu barədə vilayətin qubernatoru Qleb Nikitin özünün “Telegram” kanalında məlumat verib.

O bildirib ki, hava hücumundan müdafiə qüvvələri dünən gecədən bəri bölgəyə dron hücumunu dəf edir. Düşən dağıntılar bir sənaye müəssisəsinə, bir neçə avtomobilə və yaşayış binasına ziyan vurub.

“Bunu bildirmək çox ağrılıdır, lakin iki nəfər həlak olub, daha iki sakin xəstəxanadadır”, - deyə qubernator bildirib.

RF Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiya ərazisi üzərində Ukraynanın 323 təyyarə tipli dronu həyəcan siqnalı ilə hava hücumundan müdafiə sistemləri tərəfindən tutulub və məhv edilib.
Reytinq: