Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilibBu gün, 20:23
Çap et Dəyişikliyə əsasən, elektron müraciətlərin təqdim edilməsi, eləcə də vətəndaşların qəbula yazılması vasitələrinə şəxslərin EHİS-dəki elektron kabinetləri əlavə olunub. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçiminə uyğun olaraq EHİS-dəki elektron kabineti, elektron ünvanı və ya poçt ünvanına göndərilməklə yazılı cavab veriləcək. Bununla yanaşı, EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla, elektron müraciətlərdə qanunvericiliklə nəzərdə tutulmuş zəruri məlumatlar (EHİS vasitəsilə cavablandırılmasının istənildiyi hallarda fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və ya elektron ünvan) göstərilmədikdə, müraciətə yazılı cavab poçt vasitəsilə göndəriləcək. Xatırladaq ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadığı hallarda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə də şamil edilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün olduHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
