MÜASİR DÖVRDƏ DEMOKRATİYANIN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARIBu gün, 10:32
Çap et Bəşəriyyətin işıqlı bu günü və gələcəyi olan demokratiya qədim tarixə malikdir. Demokratiya empirik formada quldarlıqdan əvvəlki dövrdə, ibtidai icma quruluşunda olmuşdur. Demokratiyanın inkişafı XX əsrin ortalarına təsadüf edir. 10 dekabr 1948-ci il tarixdə BMT-nin Baş Assambleyası Preambula və 30 maddədən ibarət Ümumdünya insan hüquqları Bəyannaməsini qəbul edir. Bu sənəd beynəlxalq miqyasda insan hüquqları haqqında qəbul olunmuş ilk sənəd hesab olunur. Daşa sonra 19 dekabr 1966-cı ildə mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt qəbul olunur. Beynəlxalq Pakt 23 mart 1976-cı ildən qüvvəyə minmişdir.Beynəlxalq hüquqda hüquqi-demokratik dövlətin təşəkkül tapması idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul olunur. xalqın birbaşa və ya dolayı qərarvermə prosesinə qatılması, yəni iqtidarın denmokratikləşməsi, azadlıqların reallaşması prosesi demokratik qanunların qəbul olunması və həyata keçirilməsi, demokratik adət-ənənələrin nəsildən-nəsilə ötürülməsi, həmçinin nəzarət mexanizmlərinin tətbiqi, həm dövlət, həm də ictimai nəzarətin bərqərar olması ilə həyata keçirilir. Demokratik adət-ənənələr coğrafi mövqeyindən, dini-etnik müxtəlifliyindən asılı olaraq spesifikliyi ilə fərqlənməklə bütün xalqlara məxsusdur. Çoxmillətli Azərbaycan dövləti özünəməxsus demokratik ənənələrə malikdir. Varisi olduğumuz 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərq aləmində ilk parlamentli respublika idi. qadınlara seçki hüquqi verən ilk dövlət məhz Azərbaycan dövləti olmuşdur. 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Azərbaycan respublikası konstitusiyasının üçdə iki hissəsi insan hüquq və azadlıqlarının təmin olunmasına həsr olunmuşdur. Demokratiyanın təzahür formalarından biri demokratik adət-ənənələrin olmasıdır. Mövcud adət-ənənələr gücləndirilməli, zərurət olduqda yeniləri təşəkkül tapmalıdır. Müstəqilliyin bərpa olunmasından sonra yaranan demokratik ənənələrdən biri hərbi xidmətə gedənlər, həmçinin hərbi xidmətdən tərxis olunanlar üçün təntənəli mərasimlərin keçirilməsidir. Burada qohum-əqrəba, dost-tanış, yaxın adamlar iştirak edirlər. Nişanlılar arasında bayramlar ərəfəsində oğlan evinin qız evinə xonça bəzəyib aparması, bayramlaşması demokratik adət-ənənələrdən sayılır və qədim tarixə malikdir. Cərrahiyyə əməliyyatı keçirmiş, ağır xəstəliyə məruz qalmış xəstələrin qohumlar, dost-tanış, yaxın adamlar tərəfindən ziyarət olunması ənənə şəkini almışdır. Təhsil müəssisələrində təhsilə başlama və təhsilin sona çatması həmin şəxslər üçün tarixi hadisə olduğundan bu günlərin bayram şəklində kollektiv keçirilməsi demokratik ənənə sayılır. Müxtəlif regionlarda aparıcı məhsulun adı ilə məhsul bayramlarının keçirilməsi demokratik ənənədir və müstəqillik illərində yaranmışdır. Göyçayda nar bayramı, Neftçalada balıq bayramı, Qubada alma bayramı və sairə. Müxtəlif inanclı, müxtəlif əqidəyə malik insanların biri-birinin bayramlararında iştirak etməsi, bayramlaşması multikulturalizmin təntənəsi olmaqla bu günün obyektiv reallığıdır. Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarını unutmur. 44 günlük Vətən müharibəsinin başlandığı gün 27 sentyabr Azərbaycan respublikasının prezidenti İlham Heydər oğlu Əliyevin fərmanı ilə hər il anım günü kimi qeyd edilir. Həmin gün şəhidlərin qəbirüstü abidələri ziyarət olunur və artıq demokratik ənənə şəklini almışdır. Azərbaycan xalqı həmçinin öz dahilərini unutmur. Müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin doğum və vəfat etmə günləri, 10 may və 12 dekabr Azərbaycanın, eləcə də dünyanın hər yerində azərbaycanlılar və heydərsevərlər tərəfindən ziyarət olunursa demokratik adət şəklini almışdır. Həmin tarixlərdə Heydər Əliyev irsinin, xüsusilə onun Dövlətçilik fəlsəfəsinin aktual məsələləri barədə konfrans, simpozium, seminarlar keçirilir. Hüquqi-demokratik dünyəvi dövlət idarəetməsində ictimai və dövlət nəzarət sisteminin formalaşdırılması önəmli məsələdir. İctimai nəarətin formalaşdırılmasında qeyri-hökumət təşkilatları əhəmiyyətli rol oynaya bilər. Yerlərdə treninqlər keçirməklə müvafiq QHT-lər əhalini beynəlxalq standartlar səviyyəsində hazırlaya bilər. Dövlət nəzarəti sisteminə gəldikdə bu vacib demokratik institutun formalaşmasında 4-cü sənaye inqilabının nailiyyətləri, xüsusilə suni intellekt, rəqəmsallaşma, bulud texnologiyasının tətbiq olunması zamanın tələbidir. 2009-cu il əhalinin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4%-ni azsaylı xalqlar təşkil edir. Bu gün Azərbaycan respublikasında ruslar və ukrainlər, tatlar və kürdlər, talışlar və yəhudilər, türklər və ləzgilər, tatarlar və avarlar, malakanlar və ingiloylar, qaraçılar və udinlər, almanlar və gürcülər və sairə mehriban ailə şəraitində yaşayırlar. Azərbaycan respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında 16 sentyabr 1992-ci ildə qəbul olunmuş 212 №-li Azərbaycan respublikası prezidentinin fərmanı mövcuddur. Azərbaycan respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqların qorunması Azərbaycan respublikasının konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq dövlət əhalinin danışdığı dillərin sərbəst işlədilməsi və inkişafını təmin edir. Konstitusiyanın 25-ci maddəsində “dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. Elə həmin maddədə göstərilir ki, “insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə,siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Milli azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ Azərbaycan konstitusiyasında birmənalı şəkildə təsbit edilmişdir. 44-cü maddədə göstərilir ki, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. 45-ci maddəyə görə “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. Azərbaycan respublikası eyni zamanda “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya”sına, “irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”ya, həmçinin Avropa Şurasının “milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiya”sına qoşulmuşdur. Azərbaycane respublikasında yaşayan azsaylı xalqlar dil və mədəniyyətlərini inkişaf etdirmək üçün mədəni mərkəzlər, cəmiyyətlər, icma mərkəzləri yaratmışlar. Bunlardan Talış Mədəni Mərkəzi, Ləzgi Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi, tatların “Azəri” Mərkəzi, rus icması cəmiyyəti, Azərbaycan slavyanlarıen Mədəni Mrəkəzi, Azərbaycan türklərinin Vətən Cəmiyyəti, məhsəti türklərinin Vətən cəmiyyəti və siarəni göstərmək olar. Bu qurumlar dövlət qeydiyyatından keçmişlər və vaxtaşırı dövlət yardımı ilə təmin olunurlar. Azərbaycan ən qədim insan məskənlərindən olduğundan burada bütün səmavi dinlər mövcuddur. Müstəqilliyin ilk illərindən dövlət-din münasibətlərini tənzimləyən “dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunur. Bu qanunla dini qurumların, dini idarə və mərkəzlərin dövlət qeydiyyatına alınması, fəaliyyətinə xitam verilməsi qaydaları, mülkiyyət hüququ, təsərrüfat fəaliyyətlərinə aydınlıq gətirildi. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan respublikasının konstitusiyasının 18, 25, 47, 48 və 71-ci maddələrində dini etiqad və vicdan azadlığına geniş yer verilir. Dövlət quruculuğunun dünyəvi xarakter daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması öz əksini tapır. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 21 iyun 2001-ci ildə Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılır. Beləliklə dövlət-din münasibətlərində yeni mərhələ başlayır. Çoxmillətli, çoxkonfesiyalı ölkəmizdə 2387 məscid, 874 ziyarətgah, 16 kilsə, 7 sinaqoq, 23 xristian ibadət evi, 1 bənai, 1 krişna ibadət evi fəaliyyət göstərir. Fəxrlə qeyd edirəm ki, Azərbaycxan respublikasında dini-etnik zəminində münaqişə baş verməmişdir və belə də davam edəcəkdir ![]() Məsum Kamal oğlu Əliyev Kürdəmir rayonu Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri 11 iyun 2026-cı il Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bəşəriyyətin işıqlı bu günü və gələcəyi olan demokratiya qədim tarixə malikdir. Demokratiya empirik formada quldarlıqdan əvvəlki dövrdə, ibtidai icma quruluşunda olmuşdur. Demokratiyanın inkişafı XX əsrin ortalarına təsadüf edir. 10 dekabr 1948-ci il tarixdə BMT-nin Baş Assambleyası Preambula və 30 maddədən ibarət Ümumdünya insan hüquqları Bəyannaməsini qəbul edir. Bu sənəd beynəlxalq miqyasda insan hüquqları haqqında qəbul olunmuş ilk sənəd hesab olunur. Daşa sonra 19 dekabr 1966-cı ildə mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt qəbul olunur. Beynəlxalq Pakt 23 mart 1976-cı ildən qüvvəyə minmişdir.