“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədirBu gün, 10:43
Çap et Qardaş ölkənin media qurumları Bakı Ekspo Mərkəzində keçirilən forumun rəsmi açılış mərasimindən reportajlar hazırlayaraq Prezident İlham Əliyevin çıxışından əsas məqamları çoxsaylı auditoriyaya çatdırıblar. Xəbərlərdə Azərbaycan Prezidentinin Bakının qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfəsini artırmağa hazır olması barədə fikirlərinə xüsusi yer ayrılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciət də geniş diqqət çəkib. Müraciətdə həyata keçirilən iri layihələr fonunda Türkiyə ilə Azərbaycanın enerji sahəsində strateji tərəfdaşlığının rolu vurğulanıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın Bakıda çıxışı, eləcə də 2029-cu ildən başlayaraq Azərbaycandan Türkiyəyə 33 milyard kubmetr təbii qaz tədarükünü nəzərdə tutan sazişin imzalanması barədə də çoxsaylı materiallar yayımlanıb. Qeyd olunur ki, Ankaranın enerji mərkəzinə çevrilmək məqsədini əks etdirən bu saziş təkcə Türkiyənin deyil, Avropanın da enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
