Heqiqet.Az » siyaset » BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir - Ərdoğan


BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir - Ərdoğan

11-11-2022, 06:30
Çap et
BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir - Ərdoğan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir.
Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, türk dövlətlərinin ortaq coğrafiyası strateji enerji dəhlizlərinin kəsişməsində yerləşir.
"BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir. Buna görə də təşkilatımız çərçivəsində enerji sahəsində birgə layihələrə böyük əhəmiyyət veririk", - deyə R.T.Ərdoğan əlavə edib.
Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.
Reytinq: