“Azərbaycan” qəzetində (1947-1949) rəsm nümunələri” kitabı çap olunubBu gün, 15:06
Çap et Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının qərarı ilə Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947-1949) rəsm nümunələri” kitabı elektron formada çap olunub. Kitabın elmi redaktoru və ön sözün müəllifi tarix elmləri doktoru Nərgiz Əliyevadır.Təqdim olunan bu kitab-albom Azərbaycan Demokrat Firqəsinin Bakıda nəşr etdirdiyi “Azərbaycan” qəzetinin 1947-1949-cu illər materialları əsasında hazırlanıb. Nəşrdə həmin dövrün ruhunu əks etdirən müxtəlif vizual və mətn materialları: nadir fotoşəkillər və rəsm nümunələri, dövrü xarakterizə edən satirik karikaturalar, görkəmli şəxsiyyətlər haqqında qələmə alınmış məqalələr toplanıb. Kitabda 1940-cı illərdə İranda və Cənubi Azərbaycanda şah rejiminə qarşı baş vermiş tarixi milli-demokratik hərəkat, xalqın apardığı inqilabi mübarizə, həmçinin dövrün elmi, mədəni, ictimai-siyasi və hərbi mənzərəsi ətraflı şəkildə əks olunub. Müəllif mövzu ilə bağlı yalnız Bakı nəşrlərinə deyil, həmçinin 1945-1946-cı illərdə Təbrizdə nəşr olunmuş orijinal materiallara və digər ədəbiyyata da müraciət edib. Nəşr həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab-albom 1940-cı illərin sonundakı siyasi mübarizəni və mədəni mühiti vizual sənədin dili ilə öyrənmək istəyənlər üçün önəmli vəsaitdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
