Milli İncəsənət Muzeyinin qrafika və tikmə nümunələri bərpa olunub24-06-2015, 11:24
Çap et Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində növbəti Elmi Bərpa Şurası keçirilib.Nazirlikdən verilən məlumata görə, Elmi Şuranın iclasında son aylar ərzində Mərkəzdə bərpa və konservasiya olunmuş Yevlax, Lerik, Masallı, Ağsu, Astara və digər bölgələrin tarix-diyarşünaslıq muzeylərinin, Azərbaycan Milli İncəsənət Muzeyinin, Əzim Əzimzadənin ev-muzeyinin toplularından xalça, xalça məmulatı, qrafika, tikmə, parça, metal, agac və s. kimi 50-yə yaxın muzey əşyasına baxış keçirilib. İclas zamanı muzey əşyalarının üzərində aparılan bərpa və konservasiya işləri qənaətbəxş qiymətləndirilib. Eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin 10 ədəd qrafika, 3 ədəd tikmə nümunəsinin bərpasının yüksək peşəkarlıqla aparıldığı qeyd olunub. İclasda Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bərpa məqsədilə Astara, Ağsu, Masallı tarix-diyarşünaslıq, Azərbaycan Xalça və Azərbaycan Milli İncəsənət muzeylərindən gətirilmiş 200-ə yaxın əşyaya ilkin baxış keçirilərək zədələnmə dərəcələri, səbəbləri və bərpa üsulları müzakirə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində növbəti Elmi Bərpa Şurası keçirilib.