Hacı Zeynalabdin Tağıyev haqqında kitab işıq üzü görüb6-06-2017, 14:54
Çap et "Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub.Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, "Hacı Zeynalabdin Tağıyev xatirələrdə" adlı kitabda milyonçu-mesenat haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanıb. Nəşrdə H.Z.Tağıyev haqqında iki bioqrafik oçerk, görkəmli ziyalıların, onun vəsaitinə təhsil alan tələbələrin, xeyriyyəçi ilə ünsiyyətdə olmuş insanların xatirələri toplanıb. Kitabın tərtibçisi, ön sözün və şərhlərin müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarovdur. Yeni kitab 2013-cü ildə F.Cabbarovun tərtib etdiyi H.Z.Tağıyev haqqında xatirələr toplusunun ikinci, təkmilləşdirilmiş nəşridir. Kitaba olan oxucu marağını nəzərə alaraq onun yenidən çap olunması qərara alınıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün olduHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub.