Heqiqet.Az » sosial » AZƏRBAYCAN ATALAR SÖZLƏRİNƏ NƏZƏRƏN BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN İNTERPRETASİYASI


AZƏRBAYCAN ATALAR SÖZLƏRİNƏ NƏZƏRƏN BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN İNTERPRETASİYASI

Bu gün, 10:31
Çap et
Tarixi Azərbaycan ərazisi ən qədim insan məskənlərindən biridir. Bunu şərtləndirən amillərdən biri bu ərazidə 11 iqlim tipinin 9-nun olmasıdır. Tarixi Azərbaycan torpaqları faydalı qazıntılarla zəngin olmuş, indi də belədir.
Ərazinin 3 tərəfdən dağlarla, bir tərəfdən dənizlə əhatə olunması, ərazidən 2 böyük çayın, Araz və Kür çaylarının keçməsi, onlarla dağ çaylarının, göllərin olması, zəngin bitki və heyvanat aləmi Azərbaycanı ilkin bəşəri sivilizasiya ocaqlarından biri kimi xarakterizə etməyə imkan verir. 1968-ci il iyun ayında Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Məmmədəli Hüseynovun rəhbərliyi ilə arxeoloji ekspedisiyasının Qarabağın Xocavənd rayonunda, Azıx mağarasında yaşı 350-400 min il olan 18-22 yaşlı qadın alt çənə sümüyünün tapılması burada indiki insnaların ulu əjdahalarının biososial varlıq kimi təşəkkül tapmasını göstərir. Məhz bu faktdan sonra Azərbaycan Avropanın ən qədim insan məskənləri xəritəsinə salınmışdır.
Azərbaycan xalqının etnogenezi XV əsrdə tam formalaşıb başa çatmışdır. Azəbaycan xalqı öz tarixi ərazilərində zaman-zaman farsların, ərəblərin, səlcuqilərin, onqol-tatarların, teymurilərin, rusların işğalına məruz qalmasına bayxmayaraq Manna, Midiya, Atopatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağ qoyunlular, səfəvilər, xanlıqlar, cümhuriyyət dövrünün dövlətçilik ənənələrini qoruyub saxlamış, möhtəşəm, cahanşümal milli mədəniyyət xəzinəsi yaratmmışdır. Bu xəzinənin içərisində atalar sözlərinin özünəməxsus yeri vardır. Min illərin süzgəcindən keçmiş, nəsillərin sınağı lə təsdiq olunmuş atalar sözlərində mütləq və nisbi həyat həqiqətləri əks olunmuşdur. Beynəlxalq münasibətlərin qurulması, tənzimlənməsi Azərbaycan atalar sözlərinin nəzərən təqdim olunur.
Regional münasibətlər:
1. Qohumun kimdir: Yaxın qonşun.
2. Gülmə qonşuna gələr başına.
3 Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
4. Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan.
5. Qonşum şah – mən lə şah.
6. Qonşun tox – sən də tox.
7. Qonşuda bişər, bizə də düşər.
8. Xeyir istə qonşuna, xeyir çıxsın qarşına.
9. Qurd qoşusunu yeməz.
10. Qonşu iti qonşuya hürməz.
11. Qonşu qonşuya baxar, canını oda yaxar.
12. Meşəyə od düzəndə quru da yanar, yaş da.
Daxili və xarici siyasət:
1. Əvvəl evin içi, sonra çölü.
2. Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
3. Yalan tez ayaq tutar, amma yeriməz.
4. Yalan dünya gəzər, amma geri qayıtmaz.
5. Yüz dost azdır, bir düşmən çoxdur.
6. Özgəyə quyu qazan özü düşər.
7. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar.
8. Heç kəs öz ayranına turş deməz.
9. Dşmən səni daşınnın, sən düşməni aşınnan.
10. Neyniyəsən düz əyrini kəsəcək.
İnkişaf, tərəqqi, tənəzzül:
1. Hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi var.
2. Dünya nərdivandır, biri çıxar, biri düşər.
3. Yaman günün ömrü az olar.
4. Hər qaranlığın bir aydınlığı var.
5. Əldən qalar 50 gün qalar.
6. Bu günün işini sabaha qoyma.
7. Çətin günün ömrü az olar.
8. Yağışdan çıxdıq, yağmura düşdük.
9. Malın mal olunca bazarın bazar olsun.
10. Hər gecənin bir gündüzü var.
11. Çəkişməsən bərkişməzsən.
Aqressiya:
1. Yetənə yetib, yetməyənə daş atmaq.
2. Əli ətəyindən uzun.
3. Köpəyin könlü köpəkdən xoş olar.
4. Zor qapıdan girəndə haqq bacadan çıxar.
5. Nə azğın ol asıl, nə məzlum ol basıl. Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa.
6. Dünya mənimdi deyənin dünən gəldik yasından.
7. Döymə kimsənin qapısın, döyməsinlər qapını.
8. Gördüyündən göz kirəsi istəyir.
9. Quduzun ömrü 40 gündür.
10. Döş qayaya rast gəlib.
11. Dəymə mənə dəyməyim sənə.
Diplomatiya:
1. Qələm qılıncdan itidir.
2. Qələm yazanı qılınc poza bilməz.
3. Təqdir ilə yazılan, tədbir ilə pozulmaz.
4. Demədiyin sözün ağasısan, dediyin sözün qulu.
5. İki düşün, bir danış.
6. Halalzadə barışdırdı, haramzadə qarışdırdı.
7. Su bulandırmaqla balıq tutmaz.
8. Sözün doğrusu dənizi dələr.
9. Elçiyə zaval yoxdur.
10. Hər səbrin axırı var.
11. Gənəşəkli don gen olar.
12. Kələk ilə gələn külək ilə gedər.
13. İpək yumşaq olduğundan qılınc kəsməz.
Haqq, ədalət
1. Haqq yandıran çırağı söndürmək olmaz.
2. Haqqı tanıyan xana baş əyməz.
3. haqqın əli olsun, batilin yaxası.
4. Haqq söz danışanın papağı yırtıq olar.
5. Haqq yiyəsinə yad olmaz.
6. Haqq daşı ağır olar.
7. Haqq sözlə axan sular durular.
8. Haqq nazilər, üzülməz.
9. Doğru yolda yıxılan tez qalxar.
Tərəfdaşlıq:
1. Örtülü bazar dostluğu pozar.
2. Yan mənə, yanım sənə, qurbandı canım sənə.
3. Dost yaman gündə tanınar.
4. Dostu qurd olanın el-obası yurd olar.
5. Dostunu mənə de, deyim sən kimsən.
6. Dostun atdığı daş baş yarmaz.
7. Dost var ağla-başa gələr, dost var yağlı aşa gələr.
8.Sənə güvəndiyim dağlar sənə də qar yağarmış.
9. Dost gəlişi bayram olar.
10. Yaxşı dost qardaşdan əzəldir.
11. Dost-dosta tən gərək, tən olmasa gen gərək.
12. Dostlunda dost qapısın dolan gəl, öz evindir.
Strateji müttəfiqdik:
1. Səndən ötrü xəstə olana sən öl.
2. Ot öz kökü üstə bitər.
3. İki qardaş savaşıb, axmaq buna inanıb.
4. Qardaş olaq, tən bölək.
Sülh, beynəlxalq təhlükəsizlik:
1. Hər hürənə daş atsan, daş üstə daş qalmaz.
2. Nə azğın ol asıl, nə məzlum ol basıl.
3. Nə yada sirrini ver, nə də namərdə bel bağla.
4. Qurdnan qoyun olmaz, qılıncnan oyun.
5. Qurda sən tikmək öyrət, yırtmaq dədəsi peşəsidir.
6. Qurda qoyun tapşırmaq olmaz.
7. Qurda dedilər: səni çoban seçəcəklər, dedi: bəlkə məni aldadırsız?
8. Qurd tükün dəyişər, xasiyyətin dəyişməz.
9. Qurd qoyun yeməkdən tövbə etməz.
10. Qurban xətaya xətaya qalxandır.
11. Qoyunu qoyun ayağından, keçini keçi ayağından
12. Qanan ilə daş daşı, qanmaz ilə yemə aşı.
13. Qanmaza yumruğunu əvvəl düyünlə, sonra söz qandır.
14. Düşmənə də qapında dost kimi bax.
15. Düşmən sənə daşınnan, sən düşmənə aşınnan.
16. Düşmənin gəlişi də tələdir, gülüşü də.
17. Düşməni dost eylə, dostu düşmən eləmə.
Qlobal münasibətlər:
1. qarı düşmən dost olmaz.
2. İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
3. Xoruz banlamasa, sabah açılmaz?!
4. Hər saatın bir hökmü var.
5. Hər şey vaxta baxar, vaxt bir şeyə baxmaz.
6. Özgənin yaman gününə gülən, öz gününə ağlar.
7. Gəmidə oturub gəmiçi ilə dava eləmə.
8. Gənəşəkli don gen olar.
9. Zaman sənə saz olmasa, sən zamana saz ol.
10. Cidanı çuvalda gizlətmək olmaz.
11. Dəvə buynuz axtarırdı, qulaqdan da oldu.
12. Fələyin qaydasıdı, dağı çəkər dağ üstdən.
13. Ağır əylən ki, batman gələsən.
14. Eyibli eybin bilsə başına palaz örtər.
15. El tikəni aləm yıxa bilməz.
16. Dövranı sürən sürsün hər kəsin macalı var.
17. Yaxşı niyyət – yarım dövlət.
18. Öküz dəvəcən olanda, dəvə dağ can olar.
19. Nə qal ilədir, nə mal ilədir, gülüm ululuq kamal ilədir.
20. İt itin ayağın basdamaz.
21. İt qabağından qalanı aslan yeməz.
22. Hamıya adət oldu, bizə bidət?!
23. Xəstə tələsər, armud vaxtında yetişər.
24. Çırmanırıq keçməyə çay gəlməmiş, başlayırıq qızmağa yay gəlməmiş.
25. Vaxtsız açılan gül tez solar.
26. Görünən şəhərə nə bələdçi.
27. Qaşıq ilə aş verib, sapıyla gözün çıxartma.
28. Aydan arı, sudan duru.
29. El bir olsa dağ oynadar yerindən, söz bir olsa zərbi kərən sındırar.

AZƏRBAYCAN ATALAR SÖZLƏRİNƏ NƏZƏRƏN BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN İNTERPRETASİYASI

Məsum Kamal oğlu Əliyev
Kürdəmir Rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri
20 aprel 2026-cı il

Reytinq: