Heqiqet.Az » medeniyyet » Seulda Azərbaycana həsr edilən mədəniyyət gecəsi təşkil olunub


Seulda Azərbaycana həsr edilən mədəniyyət gecəsi təşkil olunub

Bu gün, 12:07
Çap et
Koreya Respublikasındakı səfirliyimizin və bu ölkədəki Azərbaycan icmasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Seul şəhərində mədəniyyət gecəsi təşkil olunub.

Azərbaycan diasporunun üzvlərinin və tələbələrimizin, Koreyanın media təmsilçilərinin, mədəniyyət və təhsil təsisatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan səfiri Ramin Həsənov ölkəmizin zəngin və rəngarəng mədəniyyətə malik olduğunu, bunun minilliklər boyu inkişaf edərək Şərq və Qərb elementlərini özündə birləşdirən unikal multikultural xəzinəyə çevrildiyini vurğulayıb.

Diplomat UNESCO-nun Ümumdünya İrs Siyahısına və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin önəmi vurğulayıb, mədəni irsimizin beynəlxalq səviyyədə təbliğində Heydər Əliyev Fondunun mühüm işlərin görüldüyünü bildirib.

Azərbaycan və Koreya arasında mədəni əməkdaşlığından bəhs edən səfir Koreyada yaşayan həmvətənlərimizin həmrəyliyinin, milli birliyinin və Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsinin zəruriliyini vurğulayıb.

Tədbir Azərbaycan milli musiqisinin və rəqslərinin ifaları ilə davam edib. Eyni zamanda, tədbir zamanı ölkəmizin mədəniyyət nümunələri nümayiş olunub, qonaqlara ziyafət verilib və milli mətbəx nümunələrimiz ikram olunub.


Reytinq: