Lavaş çörək bişirmək ənənəmiz - YUNESKO-nun siyahısına daxil edildi1-12-2016, 13:06
Çap et YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası komitəsinin cari ilin 30 noyabr tarixində keçirilmiş sessiyasının qərarı ilə qəbul edilib. Sözügedən nominasiya sənədi Azərbaycanın Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə Milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib. Çörək bişirmə mədəniyyətinin ölkəmizin təşəbbüsü ilə çoxmillətli ənənə kimi YUNESKO-nun Qeyri-maddi mədəni irsin Representative siyahısına verilməsində məqsəd mədəniyyətin birləşdirici, xalqlar və millətlər arasında paylaşılma gücünü nümayiş etdirərək ölkələr və xalqlar arasında tarixi bağlılığı, əməkdaşlığı eyni zamanda nominasiyanı birgə təqdim edən ölkələrin YUNESKO-nun və beynəlxalq hüququn ali prinsiplərinə etimadını birdaha sübut etmiş oldu. YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşəramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda Lavaş bişirmə və paylaşma ənənəsindən başqa Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
