Lahıc misgərlik sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salına bilər24-11-2015, 10:32
Çap et Bu barədə noyabrın 23-də Parisdə YUNESKO-nun mənzil-qərargahında təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasına həsr edilmiş mətbuat konfransında bildirilib. Bunlardan 8 nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına, 35 nominasiya isə Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına təqdim olunub. Azərbaycan reprezentativ siyahıya Lahıc misgərlik sənətinin daxil olunmasını təklif edib. Komitənin noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçiriləcək 9-cu sessiyasının gündəliyinə üzv dövlətlər tərəfindən Ümumdünya İrs Siyahısına daxil olunması məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq bu siyahıda olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımlar və digər məsələlər daxildir. Qeyd edək ki, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası 2013-cü ilin dekabrında Bakıda keçirilib. Sessiyada Azərbaycanın çövkən oyunu təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
