Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib18-05-2026, 14:34
Çap et Mayın 18-də Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ölkəmizə səfərə gəlib.İqor Sergeyenko BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) açılış mərasimində iştirak edəcək. Sonra onun Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədrini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç və digər rəsmi şəxslər qarşılayıblar. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Mayın 18-də Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ölkəmizə səfərə gəlib.