Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb20-05-2026, 19:36
Çap et Konqo Demokratik Respublikasında (KDR) yayılmaqda olan Ebola epidemiyasından ölənlərin sayı 136 nəfərə çatıb.Bu barədə ölkənin səhiyyə naziri Roje Kamba mətbuat üçün brifinqdə bildirib. Onun sözlərinə görə, KDR-də ümumilikdə 543 şübhəli yoluxma halı qeydə alınıb. Onlardan 32-si laboratoriyada təsdiqlənib. Bütün ölüm hallarının virusla əlaqəli olduğu güman edilir. Nazir qeyd edib ki, hazırda 69 xəstə Ebola müalicə mərkəzlərində tibbi yardım alır. Mayın 15-də KDR-də Ebola epidemiyası elan edilib. Bu 1976-cı ildən bəri 17-ci haldır. Xəstəliyin episentri İturi əyalətindədir, lakin təsdiqlənmiş yoluxma halları qonşu Şimali Kivu əyalətində də qeydə alınıb. Epidemiyaya heç bir peyvənd və ya təsdiqlənmiş müalicə üsulu olmayan Bundibuqio ştammının səbəb olduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı KDR və Uqandada Ebola epidemiyasını ictimai səhiyyə sistemində beynəlxalq səviyyədə narahatlıq doğuran fövqəladə vəziyyət kimi dəyərləndirib. Ruanda, Burundi və Tanzaniya da daxil olmaqla, qonşu ölkələr epidemioloji nəzarəti, sərhəd nəzarətini və fövqəladə hallara hazırlıq tədbirlərini gücləndiriblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Konqo Demokratik Respublikasında (KDR) yayılmaqda olan Ebola epidemiyasından ölənlərin sayı 136 nəfərə çatıb.