Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb4-12-2024, 12:28
Çap et Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.
Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" səhifəsində bildirilib. "Bu gün Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyası uğurla Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi! Bununla, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarındakı irs nümunələrinin sayı 24-ə çatdı. Azərbaycan xalqının zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən bu qeyri-maddi mədəni irs nümunəsi, eyni zamanda, dünya mədəniyyətinə töhfədir. Bu nailiyyət UNESCO dəyərlərinin təbliğinə Azərbaycanın davamlı dəstəyini ifadə edir. Bütün Azərbaycan xalqını bu uğur münasibətilə ürəkdən təbrik edirik!", - UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|