28 May - Müstəqillik Günü də təqvimin ən önəmli günlərindən biridir27-05-2026, 22:12
Çap et 23 ay fəaliyyət göstərməsinə baxmayaraq dövlətçilik, ordu quruculuğu, təhsil, mədəniyyət və bir çox sahələrdə ciddi uğurlar əldə edən AXC hökuməti o zamanın önəmli problemlərindən olan demokratiyanın bərqərar olmasında bır sıra ilkləri reallaşdırdı. Demokratik seçki sisteminin formalaşdırılması ilə yanaşı Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnin verilməsi mühüm hadisə idi. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi o zaman müstəqil Azərbaycanın xilası oldu. İstər daxili istərsə də xarici faktorlara qarşı mübarizə aparan Ümumilli lider Heydər Əliyev Azərbaycanı yer üzündən silinməsinin qarşısını aldı. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti irsinə həssaslıqla yanaşaraq Cümhuriyyətin əhəmiyyətini dəfələrlə vurğulamışdır: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Tarixin elə günləri var ki, bu günlərin mahiyyəti dərin məna kəsb etməklə yanaşı milli keçmişimizi özündə ehtiva edir. 28 May Müstəqillik Günü də təqvimin ən önəmli günlərindən biridir. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli iradənin, azadlıq istəyi və dövlətçilik düşüncəsinin təntənəsi idi. SSRİ kimi nəhəng imperiya təbii ki, bu kimi addımları həzm etməməklə yanaşı AXC-nin varlığını qəbul edə bilmirdi. Aşkar və qapalı qapılar arxasında həyata keçirilən mənfur siyasət nəticəsində AXC süquta uğradı. Rəhbər şəxslər ölkədən didərgin salındı. SSRİ rəhbərliyinin bu hərəkəti təbii ki, xalqın azadlıq, müstəqillik arzusuna kölgə sala bilmədi. Aradan keçən müəyyən müddətdən sonra 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu və bu müstəqillik bu günkü Azərbaycanın sağlam təməllər üzərində bərqərar olmasında mühüm rol oynadı. ![]() Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
