Milli Azərbaycan Tarixi Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib9-09-2016, 12:34
Çap et Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarix Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib.AMEA-dan verilən xəbərə görə, antik eksponatlar Şəmkirin Qaracəmirli kəndində arxeoloji qazıntılar zamanı tapılıb. Arxeoloji qazıntılar Almaniyadan gələn arxeoloqlarla birgə aparılıb. Burada arxeoloji qazıntı işləri nəticəsində Əhəmənilər dövrünə (e. ə. V-IV əsrlər) aid böyük ictimai binaların qalıqları aşkarlanıb. Arxeoloji tapıntıların böyük qismi qəbirlərdən toplanıb. İzlənilən qəbirlər əsasən son tunc-erkən dəmir dövrünə aiddir. Əldə edilən bir sıra tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna təhvil verilib. Qəbirlərdən müxtəlif növ muncuqlar, saxsı qablar, tunc silah, bəzək əşyaları və s. tapılıb. Muzeyə təhvil verilən materiallar əsasən keramika və tunc məmulatıdır. Buraya kasa tipli gil qab, vaza, cam, nehrə, küpə, fincan, tək qulplu iri su qabı, oval formalı gil qab, dolça, tunc üzük, kiçik ölçülü tunc xəncər və s. daxildir. Antik əşyalar Azərbaycan tarixinin qədim dövrünün tədqiq və təbliğində mühüm əhəmiyyətə malikdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarix Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib.