Cəlilabadda qədim tarixi olan küp qəbir aşkar edilib9-08-2016, 12:47
Çap et Küp qəbirdən insan sümükləri ilə yanaşı, 70-dən çox müxtəlif rəngli və ölçülü bəzək əşyaları aşkarlanıb. Tarixçi Elşad Əmənovun sözlərinə görə, 80 santimetr diametrində olan küpün içərisində balıqqulağından hazırlanmış bəzək əşyalarının da olması faktına cənub bölgəsində bu növ qəbirlərdə ilk dəfədir ki, rast gəlinir. Onun qənaətincə, tapılmış insan sümükləri 9-12 yaşlı qız uşağına aiddir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri araşdırılmaq məqsədilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
