Heqiqet.Az » siyaset » Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişib


Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişib

11-11-2022, 06:27
Çap et
Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişib Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi dəyişib.
Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib.
"3 ildir uğur və sədaqətlə Baş katib vəzifəsini icra edən Bağdad Amreyevə təşkilatımıza verdiyi töhfələrə görə təşəkkür edirik", - deyə R.T.Ərdoğan əlavə edib.
Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.
Reytinq: