Türk Dövlətləri Təşkilatı əlaqələrini daha da gücləndirməlidir - Prezident Administrasiyası11-01-2022, 07:28
Çap et Bunu Türkiyə Prezident Administrasiyasından TurkicWorld-a bildiriblər. “Türk Dövlətləri Təşkilatının əlaqələrinin möhkəmlənməsi ilk növbədə xalqlarımızın maraqlarına xidmət edir. Bütün bunlarla yanaşı gələcəkdə də təşkilata üzv olan dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın aktivləşməsi nəzərdə tutulur”, - deyə administrasiyadan bildiriblər. Qeyd edək ki, bu gün TDT-yə sədrlik edən Türkiyənin təklifi ilə təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclas keçiriləcək. Video-konfrans formatında keçiriləcək iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
