Xətai Sənət Mərkəzi və “Zeytun bağları” brendinin təşkilatçılığı ilə “TƏBİƏTİMİZİN SOVQATI” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur
24-06-2023, 13:14. Разместил: heqiqet
Yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-a qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini zeytunart@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Müsabiqənin mövzusu:
Necə bir təbiəti qoruma nişanı asardım!
• Ölçü və texnika sərbəstdir.
• Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.
• Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək!
• Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!
• Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
• Seçim 10-17 yaş kateqoriyasında aparılacaq.
• Sərgilənmək üçün 150 əsər seçiləcək
• Sərgilənən əsərlərin müəlliflərinə setifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
• Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq.
• Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
• Əlavə suallar üçün 051-310-74-01 nömrəsinə zəng və ya “WhatsApp” vasitəsilə müraciət edə bilərsiniz.
Вернуться назад