Xətai Sənət Mərkəzi və “Zeytun bağları” brendinin təşkilatçılığı ilə “TƏBİƏTİMİZİN SOVQATI” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur24-06-2023, 13:14
Çap et Yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-a qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini zeytunart@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Müsabiqənin mövzusu: Necə bir təbiəti qoruma nişanı asardım! • Ölçü və texnika sərbəstdir. • Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək! • Sərgilənməmiş - yeni əsərlər görmək istərdik! • Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. • Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. • Sərgilənmək üçün 150 əsər seçiləcək • Sərgilənən əsərlərin müəlliflərinə setifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar. • Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. • Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək. • Əlavə suallar üçün 051-310-74-01 nömrəsinə zəng və ya “WhatsApp” vasitəsilə müraciət edə bilərsiniz. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
