“YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edildi14-02-2019, 18:17
Çap et “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyən 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-cu il mart ayının 4-nədək Xətai Sənət Mərkəzinin whatsapp (051) 310-74-01 nömrəsinə göndərməlidir. • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaşa qədər və 12-17 yaş arası • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. • Unutmayın ki, bu bir məşğuliyyət növüdür! • I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır. • Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalına dəvət olunacaqdır. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
