DataLife Engine > hadise > Oğlunu və keçmiş arvadını güllələyən 67 yaşlı kişiyə hökm oxunub

Oğlunu və keçmiş arvadını güllələyən 67 yaşlı kişiyə hökm oxunub


25-06-2023, 12:01. Разместил: heqiqet Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Eldar Dadaşov 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə noyabrın 13-ü paytaxtın Suraxanı rayonu ərazisində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onlara xəsarət yetirib. E.Dadaşova qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü ( öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Вернуться назад