Oğlunu və keçmiş arvadını güllələyən 67 yaşlı kişiyə hökm oxunub25-06-2023, 12:01
Çap et Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eldar Dadaşov 9 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə noyabrın 13-ü paytaxtın Suraxanı rayonu ərazisində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onlara xəsarət yetirib. E.Dadaşova qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü ( öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
