Heqiqet.Az » hadise » İnsan alverində təqsirləndirilən qadına hökm oxunub


İnsan alverində təqsirləndirilən qadına hökm oxunub

9-12-2016, 13:01
Çap et
İnsan alverində təqsirləndirilən qadına hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Elvira Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Qurbanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Elvira Qurbanova istintaqa məlum olmayan Maya adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Onlar qadınları Türkiyəyə apararaq cinsi istismara cəlb edib.
E.Qurbanova qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqla müəyyən edilib ki, E.Qurbanova əvvəllər də eyni ittihama görə məsuliyyətə cəlb olunub, məhkumluq həyatı yaşayıb.
Reytinq: