Atmosferi çirkləndirən müəssisə cərimələndi
18-08-2023, 20:53. Разместил: heqiqet
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan ölçmə işləri nəticəsində atmosferə atılan toz hissəciklərinin normadan artıq olduğu məlum olub.
Faktla bağlı “Nardaran Daş Karxanası” LTD barəsində akt, protokol tərtib olunub və müəssisə hüquqi şəxs qismində cərimələnib.
Xidmət rəsmisinin sözlərinə görə, mövcud vəziyyətin yerində araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın alınması istiqamətində işlər aparılır.
Вернуться назад