Heqiqet.Az » sosial » Atmosferi çirkləndirən müəssisə cərimələndi


Atmosferi çirkləndirən müəssisə cərimələndi

18-08-2023, 20:53
Çap et
Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan ölçmə işləri nəticəsində atmosferə atılan toz hissəciklərinin normadan artıq olduğu məlum olub.
Faktla bağlı “Nardaran Daş Karxanası” LTD barəsində akt, protokol tərtib olunub və müəssisə hüquqi şəxs qismində cərimələnib.
Xidmət rəsmisinin sözlərinə görə, mövcud vəziyyətin yerində araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın alınması istiqamətində işlər aparılır.
Reytinq: