Azərbaycanda Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub
23-07-2024, 12:07. Разместил: heqiqet
Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi, şərti olaraq “Candar göl paleolit tapıntı yeri” kimi qeydə alınıb.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun sözlərinə görə, tapıntılar qəlpələrdən, lövhələrdən və nukleuslardan ibarətdir.
“Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua nukleusun və levallua qəlpənin olmasıdır. Bunlar onu göstərir ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid paleolit tapıntı yerini aşkar etmişik”, - deyə Y.Məmmədov bildirib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun, aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun iştirakı ilə aparılan tədqiqatlarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da yaxından iştirak edirlər.
Вернуться назад