Azərbaycanda Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub23-07-2024, 12:07
Çap et Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi, şərti olaraq “Candar göl paleolit tapıntı yeri” kimi qeydə alınıb. Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun sözlərinə görə, tapıntılar qəlpələrdən, lövhələrdən və nukleuslardan ibarətdir. “Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua nukleusun və levallua qəlpənin olmasıdır. Bunlar onu göstərir ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid paleolit tapıntı yerini aşkar etmişik”, - deyə Y.Məmmədov bildirib. AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun, aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun iştirakı ilə aparılan tədqiqatlarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da yaxından iştirak edirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
