Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib
29-10-2024, 14:10. Разместил: heqiqet
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür.
Cari ilin 9 ayında isə Sənaye Məhəlləsində 30 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Bu günədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 46,12 milyon manat investisiya yatırılıb, 290-a yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Вернуться назад