Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib29-10-2024, 14:10
Çap et İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür. Cari ilin 9 ayında isə Sənaye Məhəlləsində 30 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bu günədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 46,12 milyon manat investisiya yatırılıb, 290-a yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
